Ermənilər Milli Ordunun mövqelərini atəşə tutublar
24 Avqust 2011 Çərşənbə 10:22
Qarşı tərəf cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 23-də saat 23.00-dan 23.40-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.55-dən 20.00-dək, 20.30-dan 20.37-dək və avqustun 24-də saat 05.00-dan 05.20-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
DOSTLARINLA PAYLAŞ: