Hadisə

Ermənilər Milli Ordunun mövqelərini atəşə tutublar

Düşmən cavab atəşi ilə susdurulub

· Xəbərçi
Ermənilər Milli Ordunun mövqelərini atəşə tutublar
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 18-də saat 01.25-dən 01.40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.40-dan 02.00-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.30-dan 04.35-dək və 06.05-dən 06.15-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında və adsız yüksəklilərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər