Ermənilər Milli Ordunun mövqelərini atəşə tutublar
20 İyun 2011 Bazar Ertəsi 10:15
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-də saat 00.30-dan 00.40-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.40-dan 02.00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar