Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 5-də saat 22.40-dan 22.50-dək Ermənistanın Noyenberyan rayonunun Bardavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 23.25-dən 23.35-dək və aprelin 6-da saat 04.20-dən 04.25-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Ermənilər Milli Ordunun mövqelərini atəşə tutublar
Qarşı tərəf cavab atəşi ilə susdurulub




Şərhlər