Hadisə

Ermənilər Milli Ordumuzun mövqelərini atəşə tutublar

Qarşı tərəf cavab atəşi ilə susdurulub

· Xəbərçi
Ermənilər Milli Ordumuzun mövqelərini atəşə tutublar
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 10-da saat 13.05-dən 13.27-dək Ermənistanın Krasnaselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.00-dan 18.35-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.00-dan 21.10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Şərhlər