Hadisə

Ermənilər işğal altındakı əraziləri yandırıblar

Yanğınlar səhər saatlarına kimi davam edib

· Xəbərçi
Ermənilər işğal altındakı əraziləri yandırıblar

Ermənilər işğal altında olan Azərbaycan ərazilərində yenidən yanğınlar törədiblər. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, ermənilər ötən gün axşam saatlarında Ağdam rayonunu işğal altındakı Nəmirli, Güllücə və Şurabad kəndələri ərazisinə od vurublar. Yanğınları 10-15 km aralıdan müşahidə etmək mümkün olub. Qeyd edək ki, yanğın səhər saatlarına kimi davam edib. /ANS PRESS/

Şərhlər