Ermənilər Gədəbəy və Füzulidəki mövqelərimizi atəşə tutublar
19 İyul 2011 Çərşənbə Axşamı 09:45
Ermənilər Gədəbəy və Füzulidəki mövqelərimizi atəşə tutublar. Düşmən cavab atəşilə susdurulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 18-də atəşkəsi pozub. Erməni ordusu saat 17.15-dən 17.25-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və saat 23.15-dən 23.50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan, Qaraxanbəyli və Horadiz kəndləri ərazisində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar