Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Milli Ordumuzun əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, insident martın 28-də cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb.
Ermənilərin açdığı atəş nəticəsində kürək nahiyəsindən güllə yarası alan Milli Ordunun əsgəri, 1991-ci il təvəllüdlü Ağa Ağamir oğlu Hüseynov hospitala yerləşdirilib.
Teymur Abdullayevin sözlərinə görə, yaralı əsgərin vəziyyəti stabildir.
A. Hüseynov Masallı Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Ermənilər daha bir Azərbaycan əsgərini yaralayıb
Kürəyindən yaralanan A. Hüseynovun vəziyyəti stabildir




Şərhlər