Ermənilər bu gecə yenidən hücuma keçiblər
21 İyun 2010 Bazar Ertəsi 12:45
Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub.
Ermənistanın silahlı birləşmələrinin bir qrupu bu gecə saat 01.45 radələrində yenidən Füzuli rayonu Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında atəşkəs rejimini pozaraq hucuma keçiblər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri öz döyüş mövqelərini gücləndirərək düşmənə tutarlı cavab veriblər. Beləliklə, erməni tərəf itki verərək geri oturdulub. Döyüş zamanı Ordumuz da bir itki verib.
1991-ci ildə anadan olan və 2009-cu ilin yanvarında Cəlilabad Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgərimiz Şükurov Elgün Rafiq oğlu şəhid olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: