Hadisə

Ermənilər bir gündə iki dəfə mövqelərimizi atəşə tutub

Tərtərin Çaylı kəndinə 5 qumbaraatan mərmisi atılıb

· Xəbərçi
Ermənilər bir gündə iki dəfə mövqelərimizi atəşə tutub
Ötən gün saat 16:00 radələrində erməni silahlı qüvvələri yenidən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlayıblar. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənilər Azərbaycanın Tərtər rayonunun işğal altındakı Talış kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Çaylı kəndi ərazisindəki üzbəüz mövqelərini atəşə tutublar. Atəş əsasən qumbaraatanlardan açılıb. 5 qumbaraatan mərmisi atılıb. Daha sonra isə kənd iriçaplı pulemyotlardan atəşə məruz qalıb.

Saat 20:00 radələrində eyni istiqamətdən bir daha mövqelərimiz atəşə tutulub. Bu dəfə də əsasən qumbaraatanlardan atəş açılıb, itki qeydə alınmayıb.

Şərhlər