Ermənilər azərbaycanlı jurnalistləri atəşə tutublar
29 Mart 2011 Çərşənbə Axşamı 17:00
Ağdamda çəkiliş aparan iki nəfər güllə yağışı altında qalıb.
Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində çəkiliş aparan Azərbaycan jurnalistlərini atəşə tutublar. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, atəşə tutulanlar “Lider” televiziyasının Qarabağ bölgəsi üzrə xüsusi müxbiri Habil Aslanoğlu və operatoru Elvin İsfəndiyarov olub.

Jurnalsitlərin bölgə müxbirinə verdikləri məlumata görə, hadisə bu gün saat 15:00 radələrində Azərbaycanın Ağdam rayonunun ərazisində baş verib. Belə ki, Çıraqlı kəndində çəkiliş aparan jurnalist və operator işğalı altında olan Gülçülük sovxozu istiqamətindən atəşə tutulublar. Onların sözlərinə görə, bir necə dəqiqə avtomat silahdan açılan atəş zamanı yerə uzanaraq güllə yağışından xilas ola biliblər.

Qeyd edək ki, atışma nəticəsində xəsarət alan olmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar