Ermənilər Azərbaycan Ordusunu atəşə tutublar
01 İyun 2011 Çərşənbə 10:29
Atəşkəs Ağdam, Füzuli, Tərtər istiqamətində pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozub. Erməni ordusu iyunun 1-də saat 01.15-dən 01.20-dək Füzuli rayonunun Qorqan kəndi, saat 01.20-dən 01.35-dək və 02.10-dan 02.30-dək Ağdam rayonunun Sarıcalı və Yusifcanlı kəndləri, saat 01.00-dan 01.20-dək və 05.25-dən 05.35-dək Tərtər rayonunun Çaylı və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
DOSTLARINLA PAYLAŞ: