Hadisə

Ermənilər atəşkəsi pozub

Azərbaycan Ordusunun mövqeləri 2 istiqamətdə atəşə tutulub.

· Xəbərçi
Ermənilər atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 4-də saat 11:30-dan 11:45-ə qədər Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21:00-dan 21:05-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər