Ermənilər ANS-in çəkiliş qrupunu atəşə tutub
15 Aprel 2011 Cümə 17:09
Ermənistan silahlı qüvvələri işğal altındakı ərazidə yenidən hərbi təlimlər keçirib
Bu gün Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam rayonunun işğal altındakı Uzundərə adlanan ərazisində yenidən hərbi təlimlər keçirib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarından etibarən qarşı tərəf Uzundərəyə texnika cəmləməyə başlayıb. Təqribən saat 11:30 radələrində isə təlimlər başlayıb. Təlimlər zamanı əsasən ağır artilleriya silahlarından istifadə olunub. Təlimləri Ağdamın Çəmənli kəndi ərazisindən aydın müşahidə etmək mümkün olub.
İntensiv şəkildə 1 saata qədər davam edən partlayış səslərini Ağdamın cəbhə xəttində yerləşən bütün yaşayış məntəqələrindən aydın eşitmək mümkün olub. Saat 14:00 radələrində isə qarşı tərəfdə ermənilərin hərbi eşalonu görünüb. 20-yə qədər hərbi texnikanın cəmləşdiyi avtomobil karvanı Baş Qərvənd kəndindən Ağdam şəhəri istiqamətində hərəkət edib.
Qeyd edək ki, təlimləri bağlı çəkiliş aparan zaman ermənilər ANS-in çəkiliş qrupunu da atəşə tutub. Erməni snayperləri çəkiliş qrupuna 5 dəfə atəş açdıqdan sonra, müxbir və opertaor ərazini tərk etmək məcburiyyətində qalıb.
DOSTLARINLA PAYLAŞ: