Hadisə

Ermənilər Ağdamın işğal altındakı ərazilərində yanğınlar törədib

Ermənilər Ağdamın işğal altındakı ərazilərində yanğınlar törədib. Yanğın hələ də davam edir.

· Xəbərçi
Ermənilər Ağdamın işğal altındakı ərazilərində yanğınlar törədib
Bu gün saat 16.40 radələrində ermənilər Ağdamın işğal altındakı ərazilərdə güclü yanğınlar törədib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, alov əsasən Yusifcanlı kəndi ərazisində, eləcə də Ağdamın işğal altındakı Mərzili, Novruzlu kəndləri və Üzərriktəpə adlanan ərazidə də müşahidə olunub.

Kənddəki evlərin yerləşdiyi ərazi ilə yanaşı, ətrafdakı otlaq sahələri də alov içindədir. Yanğını təxminən 10 km məsafədən aydın görmək olar. Yanğın davam edir. ANSPRESS

Şərhlər