Hadisə

Ermənilər 4 istiqamətdə atəşkəs rejimini pozub

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

· Xəbərçi
Ermənilər 4 istiqamətdə atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-də saat 12.20-dən 12.35-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi, saat 18.45-dən 18.55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.20-dən 17.35-dək və avqustun 14-də saat 00.10-dan 00.40-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.00-dan 01.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. ANSPRESS

Şərhlər