Erməni şagird vəhşicəsinə yoldaşlarını doğrayıb
12 Aprel 2011 Çərşənbə Axşamı 15:25
Hadisə erməninin evində baş tutan qonaqlıqda törədilib
Rusiyanın paytaxtı Moskva şəhərində 15 yaşlı erməni yeniyetmə 4 məktəbli yoldaşını doğrayıb. Yeniyetmə hadisəni sinif yoldaşları onlara gələrkən törədib. Yaralananlar arasında bir qızın da olduğu bildirilir.

Qeyd edək ki, yetkinlik yaşına çatmadığından onu 10 ilə kimi həbs cəzası gözləyir. Məlumata görə, cinayətkar qurbanlarının ürək, qaraciyər, dalaq və göz nahiyəsinə çoxsaylı ölümcül xəsarətlər yetirib.

İstintaq-araşdırma qrupunun əməkdaşları bildirib ki, hadisəni törədən uşaq günahını etiraf etməkdən imtina edir. “Life News” isə cinayəti törədənin Serqey Arutyunyan adlı şəxs olduğunu yazır.

İlkin məlumatlara görə, mətkəblilər Serqeygilin yaşadığı evə toplaşaraq spirtli içki qəbul ediblər. Sərxoş olan yeniyetmələr arasında mübahisə düşüb və nəticədə ev sahibi bıçağı götürərək həmyaşıdlarını doğrayıb.





DOSTLARINLA PAYLAŞ:

oyunlar