Erməni ilə işbirliyi quran iki azərbaycanlı yaxalanıb
18 May 2010 Çərşənbə Axşamı 13:30
Rusiyada iki azərbaycanlı və bir erməni tutulub.
Azərbaycanlıların erməni ilə işbirliyi baş tutmayıb. Rusiyanın Sverdlovsk vilayəti üzrə narkotik mübadiləsinə nəzarət Federal Xidmətindən verilən məlumata görə, sözügedən vilayətdə narkotiklərlə mübarizə polisləri bir-biri ilə əlaqəli olan beş nəfəri şübhəli şəxs qismində saxlayaraq, onların maşınından təqribən 22 kq. əfqan həşişi aşkar ediblər.
Məlumata görə, Moskva vaxtı ilə saat 14:30-da vilayət federal xidmətinin əməkdaşları Kamışlov - Butırka yolunda Kamışlova istiqamətində hərəkət edən “VAZ-21074” markalı avtomobil saxlayıblar. Maşını erməni sürürmüş, iki sərnişin isə azərbaycanlı olub.
Avtomobilə baxış zamanı, salonda qabaq və arxa oturacaqlar arasında ümumi çəkisi 10,5 kq. olan həşişlə dolu on briketin olduğu polimer bağlama aşkar edilərək götürülüb. Saxlanılanlardan biri etiraf edib ki, bu həşiş partiyasını Bakı-Tümen-Bakı qatarı hərəkətdə olan zaman bələdçilərdən biri Kamışlov rayonunda əvvəlcədən müəyyən edilmiş yerdən aşağı tullayıb.
Daha sonra Yekaterinburq dəmiryolu vağzalında növbətçi bələdçinin kupesində aparılan axtarış zamanı əməliyyatçılar iki şübhəli idman çantası aşkar ediblər ki, bunlara da baxış zamanı hər bir çantanın içindən ümumilikdə 11,88 kq. həşiş götürülüb. Əməliyyat zamanı qatarın iki bələdçisi tutulub.
Hazırda saxlanılan hər beş nəfərə qarşı cinayət işi açılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: