Hadisə

Erməni əsgəri Azərbaycan torpaqlarında öldü

19 yaşlı erməni kəskin qan dövranının pozulmasından dünyasını dəyişib.

· Xəbərçi
Erməni əsgəri Azərbaycan torpaqlarında öldü
Ermənistan işğalı altında olan Dağlıq Qarabağda erməni əsgəri dünyasını dəyişib. ANS PRESS-in erməni kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, 19 yaşlı Armen Moqrovyan ürək damarlarında qan dövranın kəskin pozulması nəticəsində vəfat edib.

Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verərkən bildirib ki, əsgərin meyitinin ekspertizası zamanı heç bir zorakılıq qeydə alınmayıb.


Şərhlər