Erməni ailəsi hazırda Azərbaycandadır
13 Yanvar 2010 Çərşənbə 12:25
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib
Azərbaycan Müdafiə Nazirliyi beş nəfərdən ibarət erməni ailəsinin Azərbaycana keçməsini təsdiqləyib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, erməni ailəsi hazırda Azərbaycan tərəfdədir. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Ermənistan vətəndaşı ailəsi ilə birgə sərhəd çəpərini qıraraq Azərbaycan tərəfə keçib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Hadisə yanvarın 10-da Yerasx-Naxçıvan məntəqəsində baş verib.
Məlumata görə, Ermənistan vətəndaşı 1958-ci il təvəllüdlü Eqişe Petrosoviç Qevorkyan həyat yoldaşı və üç azyaşlı uşağı ilə birgə (7, 6 və 3 yaşlı) “Yeraz” markalı avtomobillə erməni sərhədçilərinin əmrinə tabe olmayaraq sərhəd çəpərini qıraraq Naxçıvana keçib. Erməni sərhədçiləri maşında 2 azyaşlı uşağın olduğunu nəzərə alaraq atəş açmayıblar. Erməni tərəfinin məlumatına görə, Azərbaycan tərəfi maşını atəşə tutub.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, E. Qevorkyan quldurluq və oğurluğa görə 8 dəfə məhkumluq həyatı yaşayıb. Erməni tərəfi Baş vermiş hadisə ilə bağlı beynəlxalq humanitar təşkilatlar məlumatlandırılıb. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. Hadisənin detalları müəyyənləşdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: