Hadisə

Ərindən ayrılan gənc qız özünü öldürüb

Onun depressiyaya düşdüyü bildirilir.

· Xəbərçi
Ərindən ayrılan gənc qız özünü öldürüb
Bakının Suraxanı rayonunda gənc qız özünü öldürüb. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, ötən gün 24 yaşlı Aynurə Quliyeva yaşadığı evdə dərman içərək özünü zəhərləyib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

A. Quliyeva bir müddət əvvəl ailə həyatı qursa da, bu xoşbəxtlik uzun sürməyib. Evlilikdən az sonra A.Quliyeva həyat yoldaşından ayrılıb. Buna görə də mərhumun özünə qəsd etməsində onun depressiyaya düşməsi ehtimal olunur.

Faktla bağlı Cinayət Məcələsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS

Şərhlər