Ərdoğanın olduğu təyyarədə qəza təhlükəsi yaranıb
28 Mart 2011 Bazar Ertəsi 00:02
“ANA” adlı təyyarədə Türkiyənin baş naziri ilə yanaşı daha 5 nazir olub
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və 5 nazirin olduğu təyyarə qəza təhlükəsi ilə üzləşib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul “Sabiha Gökçen” beynəlxalq hava limanından Kahramanmaraş vilayətinə uçmaq üçün hərəkət edən “ANA” adlı təyyarə meydana gələn nasazlıq səbəbilə paytaxt Ankaraya məcburi eniş edib.

Qeyd edək ki, təyyarədə Türkiyənin baş naziri ilə yanaşı Enerji və təbii sərvətlər naziri Taner Yıldız, Sənaye və ticarət naziri Nihat Ergün, Təhsil naziri Nimət Çubukçu, Mədəniyyət və turizm naziri Ertuğrul Günay, Ətraf mühit və meşə naziri Veysəl Eroğlu olub.

Ölkə rəsmiləri daha sonra “DAP” adlı başqa bir təyyarə ilə səfərlərinə davam ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar