Ərdoğandan Ermənistana son mesaj
01 May 2011 Bazar 09:56
"Qarabağ problemi həll edilmədən Ermənistanla münasibətlərimizin yoluna girməsi mümkün deyil"
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ölkəsinin Ermənistanla münasibətindən danışıb. Nazir Qarabağ problemi həll edilmədən Ermənistanla münasibətlərin normallaşmasının mümkün olmadığını bildirib. Bu sözləri o hakim partiya olan Ədalət və İnkişaf Partiyasının İğdırın bələdiyyə meydanında keçirilən açıq hava toplantısında deyib.
Naxçıvana yolun tamamlandığını və tezliklə istifadəyə veriləcəyini xatırladan Ərdoğan "Qarabağ bizim məsələmizdir, Naxçıvan bizim məsələmizdir" deyə, bildirib.
"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir. Burada İğdırdan bir daha elan edirəm Qarabağ problemi həll edilmədən Ermənistanla münasibətlərimizin yoluna girməsi mümkün deyil. Yarandığı gündən bəzi Azərbaycanın, Qarabağın arxasında olmuşuq. Hər zamanda arxalarında dayanmağa davam edəcəyik. Bu məsələdə heç kim bizdən başqa bir yanaşma gözləməsin. Bunu erməni və erməni yönlü millətvəkilləri də soruşublar. Onlarada gərəkli cavab verilib".
DOSTLARINLA PAYLAŞ: