Ərdoğan danışdı, ispaniyalı nazir yatdı
08 Sentyabr 2011 Cümə Axşamı 04:50
Joze Blankonun bu hərəkəti İspaniya mətbuatında geniş əks-səda doğurub
Türkiyə və İspaniya arasında 3-cü iqtisadi əməkdaşlıq toplantısı üçün Türkiyəyə səfər edən İspaniyanın baş naziri Joxe Luis Zapateronu müşayiət edən nazir Joze Blanko mətbuat konfransında yatıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı yatan nazir İspaniya və Türkiyənin xarici işlər nazirlərinin də gülüşünə səbəb olub.

Sonradan özünə gələn Joze Blanko heç nə olmayıbmış kimi çıxışı dinləməyə davam edib. Bu hadisəni nazirə yaraşdırmayan İspaniya mətbuatı isə “ölkədəki investisiyaların niyə dayandığı anlaşıldı” kimi şərhlər yazmağa başlayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar