Ər qısqanclıq zəminində arvadını qətlə yetirib
06 Yanvar 2011 Cümə Axşamı 10:10
A.Həsənov artıq saxlanılaraq istintaq orqanına təhvil verilib
Gəncə şəhərində qətl hadisəsi baş verib. ANS PRESS-ə şəhər Prokurorluğundan verilən məlumata görə, hadisənin yanvarın 5-i saat 23.30 radələrində şəhərin yeni salınan Lahrasa bağ massivində qetə alınıb.
Prokurorluğa məlumat daxil olan kimi dərhal əraziyə kriminalistlər gedərək ilkin araşdırmalara başlayıblar. Məlum olub ki, burada yaşayan 29 yaşlı Arzu Marif oğlu Həsənov aralarında baş verən qısqanclıq zəminində 29 yalı həyat yoldaşı Sədaqət Şakir qızı Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq onu qətlə yetirib.
A.Həsənov saxlanılaraq istintaq orqanına təhvil verilib.
Faktla bağlı AR CM-nin 120-ci (Qəsdən adam öldürmə) maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: