Şəmkir rayonu ərazisində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 3-də saat 23.30 radələrində rayonun Çaparlı kəndi ərazisində, Bakı şəhər sakini Saleh Mehdiyev ailə münaqişəsi zəminində arvadı Gülnarəni bıçaqla qətlə yetirib.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. /ANS PRESS/
Ər arvadını qətlə yetirib
Hadisə Şəmkir rayonunda ailə münaqişəsi zəminində baş verib




Şərhlər