Ər arvadını ov tüfəngi ilə öldürdü
06 Mart 2012 Çərşənbə Axşamı 23:07
Hadisə Ucar rayonunun Lək kəndində baş verib.
Bu gün səhər saatlarında Ucar rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan verilən məlumata görə, Ucar rayon sakini, 37 yaşlı İntiqam Musayev səhər saat 09.00 radələrində rayonun Lək kəndi ərazisində yerləşən fermada həyat yoldaşı, 25 yaşlı Turanə Musayevanı özünə məxsus qoşalülə ov tüfəngi ilə başından vuraraq qətlə yetirib.
Rayon hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İntiqam Musayev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, İntiqam və Turanə Musayevlərin üç azyaşlı övladları valideynsiz qalıb.
DOSTLARINLA PAYLAŞ: