Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 6-da Şamaxı şəhərində yaşayan Mirsaleh Ağayev həyat yoldaşı Sevdaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı dərhal rayon xəstəxanasına aparılıb.
Hadisənin qısqanclıq zəminində baş verdiyi açıqlanıb. Şamaxı rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Ağayev tutulub.
ANSPRESS
Ər arvadını bıçaqladı
Ər arvadını bıçaqladı. Hadisə qısqanclıq zəminində baş verib.




Şərhlər