Epilepsiya xəstəsi dəmir parçasını qarnına yeritdi
27 Avqust 2010 Cümə 23:20
28 yaşlı oğlan reanimasiya şöbəsinə yerləşdirilib.
Bakının Sabunçu rayonunda gənc oğlan özünə xəsarət yetirib. Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün saat 13:00 radələrində Maştağa qəsəbəsi, N.Nərimanov küçəsi 11 ünvanında yaşayan 28 yaşlı Cəfər Nəbiyev xəsarətlə 3 saylı xəstəxanaya daxil olub. Yaralını xəstəxanaya gətirən şahidlər bildirib ki, C.Nəbiyevə naməlum şəraitdə qarın boşluğundan küt alətlə xəsarət yetirilib. Xəstə vəziyyəti ağır olduğundan dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, yaralı epilepsiya xəstəsidir. Zərərçəkmişinin həkimlərə bildirdiyinə görə, dəmir parçasını özü göbəyinə soxub. Əməliyyatdan sonra dəmir parçası C.Nəbiyevin qarnından çıxarılıb, hazırda vəziyyəti orta-ağırdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: