Hadisə

Ən iyrənc qarət

Mühasibin pencəyinə tüpürən oğrular kömək adıyla onun pulunu oğurladılar.

· Xəbərçi
Ən iyrənc qarət
Türkiyənin Bursa vilayətində qeyri-adi soyğun hadisəsi baş verib. Məlumata görə, bankdan pul götürən mühasibin avtomobilinin təkərini deşən oğrular təkəri dəyişdirən şəxsin üstünə tüpürüblər. Qrup üzvlərindən bəziləri “pencəyiniz batıb, kömək edək təmizləyin” – deyərək mühasibin başını qarışdırıb. Dəstənin digər üzvləri isə içində 8 200 lirə (3629 manat) çntanı avtomobildən götürərək qaçıb.

“Yuxuda” olan mühasib isə ancaq təkəri dəyişidirib avtomobilə mindiyi vaxt pulun olmadığını görərək soyulduğunu başa düşüb və “oyanıb”. Zərərçəkmiş hadisə barədə polisə xəbər verib və polis tüpürcəkdən götürdüyü DNT nümunəsi və təhlükəsizlik kameralarının görüntüləri ilə oğruarı tapmağa çalışır.

Şərhlər