Hadisə

Əmi 10 yaşlı qardaşıqızını zorlayıb

Polis rəsmiləri bildirib ki, şübhəli zərərçəkmişi başına gələnləri heç kimə danışmaması üçün hədələyibmiş

· Xəbərçi
Əmi 10 yaşlı qardaşıqızını zorlayıb
Türkiyənin Qaziantep vilayətində 10 yaşlı qardaşı qızını zorlayan 34 yaşlı şəhər sakini polis tərəfindən saxlanılıb. ANS PRESS “Sabah” qəzetinə istinadən xəbər verir ki, zərərçəkmiş artıq 1 ildir öz əmisinin təcavüzünə məruz qalırmış. Hadisə azyaşlının başına gələnləri anasına, onun da öz növbəsində polisə xəbər verməsi ilə meydana çıxıb. Polis rəsmiləri bildirib ki, şübhəli zərərçəkmişi başına gələnləri heç kimə danışmaması üçün hədələyibmiş.

Qeyd edək ki, polis tərəfindən saxlanılan şübhəli məhkəməyə göndərilib. ANSPRESS

Şərhlər