Əlində döyüş sursatı partladı, bədəni parça-parça oldu
15 Aprel 2011 Cümə 19:54
Ağdaş rayonunda faciəvi hadisə baş verib
Ağdaş rayonunda faciəvi hadisə baş verib. Ağdaş Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində Orta Ləki kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Nəbi Bədrəddin oğlu yaşadığı həyətdə ehtiyatsızlıq edərək naməlum odlu silahın döyüş sursatını çəkiclə vurub. Nəticədə döyüş sursatı partlayıb. Partlayışın gücündən N. Nəbiyevin bədəni bir neçə yerə parçalanıb. Döyüş sursatının hissələri maddi sübut kimi götürülüb.

Altı ay öncə ailə həyatı quran mərhumun valideynləri sursatın bir neçə gün öncə həyətdən tapıldığını bildiriblər.

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar