Ələt-Astara yolunda ölümlə nəticələnən qəza
15 Dekabr 2010 Çərşənbə 13:20
"Mercedes"in vurduğu piyada yerindəcə ölüb
Ələt-Astara yolunun 107-ci kilometrliyində, Biləsuvar rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Cəlilabad rayon sakini Şakir Cankişi oğlu Bünyatov idarə etdiyi “Mercedes” markalı avtomaşınla Ələt istiqamətinə gələrkən yoldan keçən piyadanı vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Baş vermiş avtoqəzanın araşdırılması üçün həmin ünvana hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub və qəzanın qeydə alınıdığı ərazidə müayinələr aparıb.
Dünyasını dəyişən şəxsin şəxsiyyəti hələlik müəyyən edilməyib. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertizasına göndərilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: