Ələt-Astara yolunda 3 avtomobil toqquşub: 1 ölü
06 Mart 2011 Bazar 16:46
Hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib
Ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun 188-ci km-də, Lənkəran rayonunun Liman şəhərindən keçən hissəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Masallı rayonunun Yeddioymaq kənd sakini, 1979-cu il təvəllüdlü Rəhim Şadi oğlu Sultanovun idarə etdiyi "Mercedes" markalı avtomaşını “QAZ-24” markalı avtomobilin arxa hissəsindən vurub. O da yolun sağ tərəfində hərəkətsiz dayanmış “KAMaz” markalı avtomaşının arxa hissəsinə çırpılıb. Nəticədə "Mercedes" yararsız hala düşüb, sürücü 32 yaşlı Rəhim Sultanov da hadisə yerindəcə keçinib. Şahidlər qəzanın "Mercedes"in yüksək sürətlə hərəkət etməsi səbəbindən baş verdiyini ehtimal edir.

“Xəstə daxil olarkən artıq keçinmişdi. Üz, alın nahiyəsində çoxlu yaralar var idi. Daxili və xarici müayinə olunmaq üçün tibbi ekspertizayaya göndərilib”, - deyə növbətçi həkim Elmar Abdullayev vurğulayıb.

Qeyd edək ki, hadisə şahidləri qəzanın "Mercedes"in sürücüsünün günahı ucbatından baş verdiyini deyirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar