Əlcəzairdə iki partlayış: 36 ölü
27 Avqust 2011 Şənbə 03:38
İki terrorçu özünü hərbi kazarmanın girişində partladıb
Əlcəzairin Şarşal şəhərində iki terrorçu özünü hərbi kazarmanın girişində partladıb. BBC-nin məlumatına görə, partlayışlar bir neçə saniyə ilə törədilib. Terrorçulardan biri motosikletdə olub.

“France Press” agentliyi partlayışdan bir qədər sonra hadisə nəticəsində 1 nəfər öldüyü, 15 adamın isə yaralanması barədə məlumat yayıb.

Lakin “Reuters” agentliyi tələfatın daha böyük olduğunu iddia edir. Agentliyin Əlcəzair polisinə istinadən yaydığı məlumata görə, partlayışlar nəticəsində azı 36 nəfər ölüb. Ölənlərdən 12-si əsgərdir.

Şarşal liman şəhəri Əlcəzair paytaxtının (Azərbaycan dilində paytaxt və ölkənin adı eynidir) təxminən 100 kilometrliyində yerləşir.

Əlcəzairdə hökumət qoşunları və radikal təşkilatlar arasında silahlı trqquşmalar 1992-ci ildən davam edir. Həmin il keçirilən seçkilərdə islamçılar qalib gəlsələr də, səsvermənin nəticələri ləğv edilib. 19 illik toqquşmalar nəticəsində ölkədə 200 minə yaxın adam ölüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar