“Əl Qaidə” Yəməndə şəhəri ələ keçirdi
18 Avqust 2011 Cümə Axşamı 03:51
Hökumət qoşunları şəhəri döyüşsüz tərk edib
“Əl Qaidə” silahlıları Yəmənin cənubunda kiçik şəhəri ələ keçirib. Məlumata görə, silahlılar bir neçə avtomobillə Ədən körfəzindəki Şakra balıqçı şəhərinə soxulub və nəzarəti əllərinə alıblar.
Yerli qəbilələrin nümayəndələri bildiriblər ki, hökumət qoşunları şəhəri döyüşsüz təhvil veriblər. Hazırda silahlılar şəhərin giriş və çıxışlarında postlar qurublar, nəqliyyat yoxlanılır. Polis məntəqəsi və yerli administrasiya “Əl Qaidə” silahlılarının əlindədir.
Şakra Yəməndəki siyasi böhrandan yararlanan terrorçular tərəfindən ələ keçirilən üçüncü şəhərdir. Mart və may aylarında da silahlılar şəhərlərə soxulmuşdular.
DOSTLARINLA PAYLAŞ: