Hadisə

Əl Qaidə üzvü olan azərbaycanlı Zaur Aslanov Pakistanda öldürüldü

Əl Qaidə üzvü olan azərbaycanlı Zaur Aslanov Pakistanda öldürüldü. Öldürülən şəxsin Sumqayıtda doğulduğu bildirilir.

· Xəbərçi
Əl Qaidə üzvü olan azərbaycanlı Zaur Aslanov Pakistanda öldürüldü
Pakistan hərbçilərinin Peşəvər bölgəsində “Əl-Qaidə” təşkilatının yaraqlılarına qarşı keçirdikləri əməliyyat zamanı biri azərbaycanlı olmaqla 6 nəfər öldürülüb. Bu barədə “Kurram” agentliyi məlumat yayıb.

Agentlik öldürülən azərbaycanlının üzərindəki sənədin fotosunu da yayınlayıb. Sənəddən bəlli olub ki, Pakistan hərbçiləri tərəfindən öldürülən “Əl Qaidə” silahlısı Azərbaycan vətəndaşı, Sumqayıt şəhər sakini Zaur Aslanovdur.

Sənəddən göründüyü qədər 1981-ci il sentyabr ayının 25-də Sumqayıtda doğulmuş Z.Aslanovun silahlı qrupun aparıcı komandirlərindən olduğu bildirilib.

Şərhlər