Türkiyədə “Əl Qaidə” terror təşkilatına üzv olduqları iddiası ilə üç nəfər həbs edilib. Tutulanlardan biri Türkiyə, ikisi isə Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşları İslam Qəniyev və Füzuli Məhərrəmov İstanbuldakı Beşiktaş məhkəməsində hakim qarşısına çıxarılıblar.
Prokuror Ufuk Emertcan bildirib ki, saxlanılanlar terror təşkilatına üzvlükdə şübhəli bilinirlər. Məhkəmə prorkuorun vəsatəti əsasında Mehmet Toprak, İslam Qəniyev və Füzuli Məhərrəmov barəsində həbs-qətimkan tədbiri seçib.
“Əl Qaidə” üzvlüyündə şübhəli bilinən iki azərbaycanlı tutuldu
İslam Qəniyev və Füzuli Məhərrəmov İstanbulda həbs ediliblər




Şərhlər