“Əl Qaidə”nin Azərbaycandan olan üzvü tutulub
01 Yanvar 2010 Cümə 13:35
Sarac kimi təqdim olunan şəxs Bakıdan Pakistana getməyi planlaşdırdığını bildirib
Əfqanıstanda “Əl Qaidə”nin Azərbaycan vətəndaşı olan üzvü həbs edilib. Onu ölkənin Host əyalətində saxlayıblar. Milli Təhlükəsizlik İdarəsinin məlumatınada Sarac adı ilə təqdim olunan şəxsi Əbdül Vahid kimi tanındığı bildirilir.
Sarac etiraf edib ki, Bakıdan Pakistanın Belucistan əyalətinin mərkəzi Kvettaya gedərkən Əfqanıstanda həbs olunub. O bəyan edib ki, təlim kurslarından sonra “Əl Qaidə” ilə bağlılığa olan terror qrupuna daxil olub. Sarac onu da etiraf edib ki, Pakistana getməzdən əvvəl Əfqanıstanda bir sıra terror aktları həyata keçirməyi planlaşdırırmış. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: