“Əl Qaidə” iri terror aktları törətməyə qadirdir
19 Avqust 2011 Cümə 03:17
“Bu qruplaşma hələ də “regional” və “transmilli” terror aktları törətməyə qadirdir”
““Əl Qaidə” terror şəbəkəsi hələ də ABŞ üçün əsas təhlükədir. Müxtəlif zəifləmələrə baxmayaraq, bu qruplaşma hələ də “regional” və “transmilli” terror aktları törətməyə qadirdir”. ABŞ Dövlət Departamentinin dünyada terror təhlükəsinin səviyyəsi ilə bağlı illik hesabatında belə deyilir. 2010-cu ilin yekunlarına dair sənəd Amerika xarici siyasət idarəsinin saytında yerləşdirilib.
““Əl Qaidə” 2010-cu ildə ABŞ üçün əsas terror təhlükəsi olaraq qalıb. Pakistandakı özəyinin zəifləməsinə baxmayaraq, təşkilat hələ də həm regional, həm də transmilli səviyyələrdə terror aktlarını həyata keçirmək iqtidarındadır. Əsas məqam və başlıca təhlükə “Əl Qaidə”nin Əfqanıstan və Pakistandakı üsyançılarlarla əməkdaşlığıdır”, - sənəddə deyilir.
Dövlət Departamenti “Əl Qaidə”nin daha da güclənən regional özəklərinin yaratdığı təhlükənin böyüklüyünü də vurğulayır. ““Əl Qaidə” Ərəbistan yarımadasında hələ də regiondan kənarda hücumlar təşkil etməyə cəhd göstərir… Qərbi Afrikada üzvlərinin bir hissəsinin “Əl Qaidə”yə aid olduğunu bəyan etdiyi “Əl Şahab” qruplaşması 2010-cu ildə Somalidən kənarda - Uqandada terror aktı tbrədib. “Əl Qaidə”nin özəkləri təbliğat işləri aparırlar”, - hesabatda bildirilir.
“Əl Qaidə”nin lideri, “bir nömrəli terrorçu” Üsəma bin Laden ABŞ xüsusi təyinatlıları tərəfindən bu il mayın 2-inə keçən gecə öldürülüb. Amerika KİV-inin məlumatına görə, onun cəsədi dənizə atılıb. Üsəma bin Ladenin ölümündən sonra “Əl Qaidə”yə rəhbərliyi 60 yaşlı Ayman əz Zəvahiri üzərinə götürüb.
DOSTLARINLA PAYLAŞ: