«Ekstazi» işində təqsirləndirilənlərə hökm oxundu
17 Aprel 2009 Cümə 16:05
Müğənni İlhamə Quliyevanın oğlu və digər bir neçə təqsirləndirilən şəxs azadlığa buraxılıb

 

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Suraxanı rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. ANS PRESS-in məlumatına görə, bu gün məhəkəmədə təqsirləndirilənlərə hökm oxunub. Təqsirləndirilən Yalçın Həsənov 8, Həsən Həsənov 7 il 3 ay, Ruslan Rüstəmov 7 il 3 ay, Əli İsmayılov 7, Zubayə Qulami 6, Ruslan Zalıyev 2, Vüqar Əliyev 2, Cavidan Əliyev 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Ramin Həsənov, Kəmalə Eyvazova, Elşən Budaqov, Mirəli Əliyev və Orxan Nadirov isə azadlığa buraxılıblar.

Xatırladaq ki, cinayət işi üzrə təqsirləndirilənlər, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, Həsən Həsənov, Ruslan Rüstəmova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.4.2-ci (qaçaqmalçılıq) və 234.4-(qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, daşıma, saxlama və ya satma), Əli İsmayılov, müğənni İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Zubayə Qulami, Ruslan Zalıyev, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kəmalə Eyvazova, Elşən Budaqov, Mirəli Əliyeva qarşı isə CM-nin 234.4-cü maddələri ilə ittiham irəli sürülüb. Orxan Nadirovun barəsində ittiham irəli sürülən 234.1-ci maddə sübuta yetirilməyib və 307-ci maddəyə tövsib edilib.
Dəstə üzvləri Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həbs olunublar. Onlardan narkotik vasitə olan “ekstazi” aşkarlanıb.

Anar Məmmədov/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar