«Ekstazi» işi ilə bağlı məhkəmə davam edib
01 Aprel 2009 Çərşənbə 13:30
Təqsirləndirilən son sözlə çıxış etmək üçün üç gün vaxt istəyib

 

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Suraxanı rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. ANS PRESS-in məlumatına görə, məhkəmədə təqsirləndirilən Yalçın Həsənovun vəkili Heydər Əsgrov, Zubayə Qulaminin vəkili Mehman Həsənov, Kəmalə  Eyvazovanın vəkili Gülfarə İmanova çıxış ediblər. Vəkillər müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər. Təqsirləndirilən Vüqar Əliyev, Rüstəm Rüstəmov, Zübayə Qulami və Kəmalə Eyvazova da bəraət almaq istədiklərini deyiblər.
Sonda məhəkəmə təqsirləndirilən Yalçın Həsənova son sözlə çıxış etmək üçün vaxt verib. Təqsirləndirilən son sözə hazırlaşmaq üçün üç gün vaxt istəyib. Proses aprelin 7-də davam etdiriləcək.

Xatırladaq ki, cinayət işi üzrə təqsirləndirilənlər, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, Həsən Həsənov, Ruslan Rüstəmova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.4.2-ci (qaçaqmalçılıq) və 234.4-(qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, daşıma, saxlama və ya satma), Əli İsmayılov, müğənni İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Zubayə Qulami, Ruslan Zalıyev, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kəmalə Eyvazova, Elşən Budaqov, Mirəli Əliyeva qarşı isə CM-nin 234.4-cü maddələri ilə ittiham irəli sürülüb. Orxan Nadirovun barəsində ittiham irəli sürülən 234.1-ci maddə sübuta yetirilməyib və 307-ci maddəyə tövsib edilib.
Dəstə üzvləri Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həbs olunublar. Onlardan narkotik vasitə olan “ekstazi” aşkarlanıb./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar