Ekologiya nazirliyinin əməkdaşı reyd zamanı Kürdə batıb
    12 Yanvar 2010 Çərşənbə Axşamı 15:40
    Nazirliyə məxsus qayıq çayda aşıb
    
                	 
    
         Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Salyan-Astara balıq mühafizə Müfəttişliyinin 3 əməkdaşının olduğu qayıq reyd zamanı aşıb. 
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, nəticədə, həmin şəxslər çaya düşüblər. Onlardan ikisi üzərək sahilə çıxmağa müvəffəq olub, 1953-cü il təvəllüdlü Əbülhəsən Kəmaləddin oğlu Cavadov isə çayda batıb. 
Hadisə yerinə gələn dalğıc-xilasedicilər Ə.Cavadovun cəsədini taparaq sudan çıxarın və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:00-da başa çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: