Əfqanıstandakı tox burulğanı Bakıya təsir edib
05 Aprel 2011 Çərşənbə Axşamı 14:46
Hazırda havada olan tozun miqdarı normadan 1,5-2,5 dəfə çoxdur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərinin atmosfer havasının çirklənmə səviyyəsinin yoxlanılması məqsədilə aparılan monitorinqin nəticələrini açıqlayıb. ANS PRESS-in məlumatına görə, hazırda havada olan tozun miqdarı normadan 1,5-2,5 dəfə çoxdur.

Nazirliyin mütəxəssislərinin fikirlərinə görə, buna əsas səbəb Ərəbistan səhralarında müşahidə olunan toz burulğanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır. Bu toz hissəcikləri atmosferin yer səthinə yaxın olan qatlar üzrə hava cərəyanlarının bərqərar olunmuş cənub, cənub-qərb axınları ilə Azərbaycana da gəlib çatıb.

Bu səbəbdən bu gecə və səhər saatlarında nisbətən zəif küləyin mövcudluğu atmosfer havasında tozun səpələnməsinə və miqdarının azalmasına əlverişli şərait yaratmayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunda yeni tətbiq olunmuş EUMETSAT peyk sistemi vasitəsi ilə bu hadisə hər 15 dəqiqədən bir yeniləşən peyk görüntüləri ilə izlənilir.

Bürodan verilən məlumata görə, 06 aprel 2011-ci il tarixindən başlayaraq zəif cənub, cənub-şərq küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunması proqnozlaşdırılır ki, bu da atmosfer havasında toplanmış toz hissəciklərinin səpələnməsi və miqdarının azalması üçün əlverişli şərait yaradacaq. Gözlənilən yağışlı hava şəraiti isə qısa bir müddətdə çirklənmənin minimuma enməsinə səbəb olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar