Hadisə

Əfqanıstanda şaxta 40 uşağı öldürdü

Soyuqdan ölüm halları qaçqın düşərgələrində qeydə alınıb

· Xəbərçi
Əfqanıstanda şaxta 40 uşağı öldürdü
Əfqanıstanda son 10 ilin ən sərt qışı hökm sürür. Qış başlayandan şaxtalı hava 40 uşağın ölümünə səbəb olub. Ölüm hallarının əksəriyyəti paytaxt Kabil yaxınlığındakı qaçqın düşərgələrində qeydə alınıb. Burada Əfqanıstanın digər regionlarında hərbi əməliyyatlar nəticəsində öz evlərindən didərgin düşmüş məcburi köçkünlər məskunlaşıb.

Əfqanıstanda uşaqların xilası üzrə beynəlxalq təşkilatın nümayəndəsi Bob Qramens bildirib ki, sərt şaxtalı şəraitdə uşaqların nəinki qızınmaq üçün isti çadır, örtük və isti geyimi var. Onlar hətta ayaqqabılarının belə olmaması səbəbindən donaraq ölürlər.

Şərhlər