Əfqanıstanda partlayış baş verib
01 İyun 2011 Çərşənbə 03:08
Son 10 ildə NATO-nun itkilərinin sayı 1 459 nəfərə çatıb
Əfqanıstanda əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində üç ABŞ əsgəri ölüb. “Associated Press” agentliyinin ABŞ Ədliyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, partlayış ölkənin qərbində baş verib. Hadisənin təfərrüatları barədə məlumat verilməyib.
Əfqanıstanda NATO-nun iştirakı ilə müharibə başlanandan - 2001-ci ildən beynəlxalq koalisiyanın 1 459 hərbçisi həlak olub. Onlardan 1 457 nəfəri ABŞ hərbçiləridir. Şimali Atlantika alyansının Əfqanıstan müharibəsi zamanı verdiyi itkilərin 60 faizi piyadaların və zirehli texnikanın mina ilə partladılması ilə bağlı olub. Əfqanıstandakı minaların əksər hissəsi “Taliban” hərəkatının silahlı tərəfindən kustar üsulla hazırlanır.
Hazırda Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi beynəlxalq koalisiyanın tərkibində təxmnən 130 min əsgəri xidmət keçir. Onların üçdən ikisi amerikalılardır.
DOSTLARINLA PAYLAŞ: