Əfqanıstanın Tahar vilayətinin Talokan şəhərində nümayiş zamanı polislə toqquşma olub. 12 nəfər ölüb, 80-dək adam yaralanıb. İki minədək adamın qatıldığı nümayişdə sakinlər ABŞ hərbçilərinin fəaliyyətinə etirazlarını çatdırıblar.
Qeyd edək ki, ABŞ hərbçilərinin son əməliyyatı zamanı ikisi qadın olmaqla dörd nəfər ölüb. Amerika hərbçiləri öldürülənlərin döyüşçülər olduğunu iddia edirlər.
Əfqanıstanda nümayiş polislə toqquşma ilə nəticələnib
12 nəfər ölüb, 80 nəfər yaralanıb.




Şərhlər