Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində NATO qüvvələrinin bazasına hücum etmək istəyən 7 döyüşçü öldürülüb. Döyüşçülərin meyidləri şəhər xəstəxanasına aparılıb. NATO hərbçilərinin verdiyi məlumata görə döyüşçülər Cəlalabad şəhərindəki hərbi bazaya tüfəng və qumbaraatanla hücum ediblər. Koalisiya hərbçiləri dərhal helikopterlə əks-hücuma keçib. NATO hərbçiləri arasında itki olmayıb.
Qeyd edək ki, Cəlalabad şəhərində silahlı şəxslərin koalisiya hərbçilərinə hücumları bundan əvvəl də olub. Əfqan döyüşçülərinin bununla öz qüvvələrini ənənəvi cənub istinadgahları olan Qəndahar və Helmənd əyalətlərindən başqa ərazilərə də yaydıqlarını göstərmək istədikləri ehtimal edilir.
Əfqanıstanda NATO bazasına hücum cəhdi olub
7 döyüşçü zərərsizləşdirilib




Şərhlər