Hadisə

Əfqanıstanda atışmada 3 ABŞ hərbçisi öldürülüb

Taliban qruplaşması məsuliyyəti üzərinə götürüb

· Xəbərçi
Əfqanıstanda atışmada 3 ABŞ hərbçisi öldürülüb
Əfqanıstanın paytaxtı Kabildə baş vermiş atışmada 3 amerika hərbçisi öldürülüb. Əfqan pilot hərbi-hava qüvvələrinin qərərgahına daxil olaraq oradakı koalisiya hərbçilərinə atəş açıb. Cavab atəşi ilə hücum edən şəxs öldürülüb.

Hadisəni törədən silahlı şəxsin 50 yaşlı Əhməd Gül adlı pilot olduğu bildirilir.

Taliban qruplaşması isə hadisə ilə bağlı məsuliyyəti üzərinə götürüb.

Şərhlər