Hadisə

Duzlu göldə çimən paytaxt sakini boğulub

Yaqub Hacıyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb

· Xəbərçi
Duzlu göldə çimən paytaxt sakini boğulub

 

Bakıda növbəti boğulma halı qeydə alınıb. Şəhər sakini Yaqub Hacıyev Suraxanı rayonu Zığ qəsəbəsindəki duzlu göldə çimərkən çoxlu miqdarda su udub. Hadisə ötən gün saat 18:00 radələrində baş verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, o xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. /ANS PRESS/

 

Şərhlər